Biletlər kəskin ucuzlaşdı
Dekabrın 14-ü və 17-də Las-Veqasda keçiriləcək 2024-cü il NBA Kubokunun yarımfinal və final oyunları üçün bilet qiymətləri kubok uğrunda mübarizə aparacaq komandalar müəyyənləşdikdən sonra kəskin ucuzlaşıb.
Aut.az xəbər verir ki, “Hyuston”, “Miluoki”, “Atlanta” və “Oklahoma “Siti” NBA Kubokunun yarımfinalına yüksəlib.
Bu mövsüm bilet qiymətləri 2023-cü ildəkindən xeyli aşağıdır. “Miluok”inin iştirak edəcəyi yarımfinalın biletləri cəmi 22 dollar, “Oklahoma Siti”nin oyununa biletlər isə 30 dollardır.
Keçən il yarımfinal oyunlarının biletləri iki dəfə baha idi, minimum 160 dollar idi. Ötən il “Los Angeles Lakers”in oyununa ən ucuz biletlər bugünkü biletlərdən üç dəfədən çox baha idi.
Aut.az
