Bəyan etdi: Onu satmayacaq, heç bir halda
“Napoli”nin prezidenti Aurelio De Laurentis Viktor Osimhenin bu yay klubu tərk etməyəcəyini bildirib.
Aut.az xəbər verir ki, bu açıqlama Avropanın bir neçə top klubunun oyunçuya marağı fonunda yayılıb.
Jurnalist Fabritsio Romano “Twitter” səhifəsində “Neapol”un sahibindən sitat gətirib: “Mən bu yay Viktor Osimheni satmayacağam – heç bir halda”.
Xatırladaq ki, mayın 4-də “Napoli” “Udineze” ilə heç-heçə edərək tarixdə üçüncü dəfə İtaliya çempionu olub. Neapollulara çempionluğu gətirən qolu da Osimhen vurub.

Aut.az
