Daha 3 il “Napoli”də
“Napoli” futbolçusu Mario Rui ilə müqaviləni uzadıb.
Aut.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rui 2017-ci ildən “Napoli”də çıxış edir. O, komandada 3 qol, 21 məhsuldar ötürmə ilə yadda qalıb.
