Azərbaycan futbolu

“Sabah” – “Beşiktaş” oyunu bu kanallarda yayımlanacaq

“Sabah” və “Beşiktaş” arasında baş tutacaq yoldaşlıq oyunun yayımlayacaq kanallar məlum olub.

Aut.az xəbər verir ki, qarşılaşmanı Azərbaycanda iki kanal – “İdman TV” və “İctimai TV” canlı yayımlayacaq.

Türkiyədə isə yayım “Kanal D”yə həvalə olunub.

“Sabah” – “Beşiktaş” oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç xeyriyyə xarakteri daşıyır. Oyundan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.

Aut.az