Azərbaycan futbolu

“Şamaxı” “Karvan”a qalib gəldi

Bu gün “Şamaxı” “Karvan”la qarşılaşıb.

Aut az xəbər verir ki, komandalar yay hazırlıq planı çərçivəsində yoxlama görüşü keçiriblər. Qəbələ şəhər stadionunda keçirilən matç “Şamaxı”nın qələbəsi ilə başa çatıb – 2:0.

“Şamaxı”nın qollarını Abdullahi Şuaybu və Bilal İsmayılov vurub.

“Şamaxı”nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq “İmişli” ilə qarşılaşacaq.

“Karvan”ın isə “Kəpəz” və “İmişli” ilə qarşılaşacağı bəllidir.