Azərbaycan futbolu

Millimizin 2 futbolçusu Türkiyə klubunda – RƏSMİ

Qadınlardan ibarət Azərbaycanın millisinin 2 üzvü Türkiyədə legioner həyatı yaşayacaq.

Aut.Az xəbər verir ki, Fatimə Əhmədli və Milana Rəhimova Şırnakı təmsil edən “Nuhspor”a keçib.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Sözügedən kollektiv Türkiyə I Liqasında yarışır və Super Liqaya çıxmağa iddialıdır. Komanda 11 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.