Azərbaycan futboluÇempionlar Liqası

“Atletik”in baş məşqçisi: “Qarabağ” çox yaxşı komandadır”

“Qarabağ” çox yaxşı komandadır”.

Aut.az xəbər verir ki, bunu “Atletik”in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

“Qarabağ” İspaniyaya 6 xalla gəlir. Bu da rəqibin yaxşı səviyyədə olmasından xəbər verir. Təbii ki, bizim də məqsədimiz onları məğlub etməkdir. Bütün oyunlara əsas kimi baxırıq. Stabil komandayıq və düşüncəmiz qarşılaşmanı qalib bitirməkdir. Bizi çətin matç gözləyir, “Qarabağ” çox yaxşı komandadır”.