İtaliya

A seriyasında ilk futbolçudur ki…

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya çempionatının 27-ci turunun “Torino” ilə matçında (4:0) qol vurub və məhsuldar ötürmə edib.

Aut.az xəbər verir ki, gürcü futbolçu A Seriyasında 10 qol vuran və eyni sayda məhsuldar ötürmə verən ilk futbolçu olub. Bu barədə “Squawka” məlumat yayıb.

22 yaşlı Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 30 matçda 14 qol vurub, 16 məhsuldar ötürmə edib.

“Napoli” 71 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın rəqib “İnter”in 50 xalı var, amma komandanın da əlində bir matç var.

 

Aut.az