200 milyon lazımdır – Bu qədər pulu haradan tapacaqlar?
“Barselona” maliyyə vəziyyətini düzəltmək üçün yollar axtarır.
Aut.az xəbər verir ki, Kataloniya klubu bunun üçün bir neçə futbolçusunu satmalı və onların transferindən ən azı 200 milyon avro qazanmalıdır. “Barsa” rəhbərliyi qarşıdan gələn yay transfer pəncərəsi üçün plan hazırlayıb.
“Barselona” 3 futbolçunu heç bir halda satmayacaq. Söhbət müdafiəçi Ronald Arauxo, yarımmüdafiəçilər Pedri və Frenki de Yonqdan gedir. Baş məşqçi Xavi Ernandes isə Andreas Kristensen və Frank Kessyeni də itirmək istəmir.
La Liqa təmsilçisi Ter Şteqen, Qavi, Balde, Künde, Rafinya, və Robert Levandovskini də satmağı düşünmür. Ancaq onların məvacibləri yüksək olduğundan, gələcək yaxşı təklifi dəyərləndirə bilərlər. Əsasən maaşları yüksək olan oyunçular satılacaq.
