Voleybol

Türkiyənin 1/4 finaldakı rəqibi bəlli oldu

Millətlər Liqasını 29 xalla 3-cü pillədə bitirən Türkiyə yığmasının 1/4 finaldakı rəqibi bəlli olub.

Aut.az xəbər verir ki, Türkiyə bu mərhələdə İtaliya ilə qarşılaşacaq.

Türkiyə yığması bu mərhələni adlaya bilsə, yarımfinalda ABŞ-Yaponiya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları ABŞ-da keçiriləcək.