Azərbaycan futbolu

“Qarabağ” Mmae ilə müqavilənin detallarını açıqladı

“Qarabağ” yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb.

Aut.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb. Zaqrebin “Dinamo” klubu ilə uzun sürən danışıqlar uğurla nəticələnib və müdafiəçi Sami Mmae icarəyə götürülüb.

Futbolçu Azərbaycan təmsilçisində icarə əsasında forma geyinəcək. Onunla 1 illik müqavilə imzalanıb. Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində komandamıza qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.