Azərbaycan futboluManşet

“Turan Tovuz” Berdıyevin qarşısına bu tələbləri qoyub: Nəsibov detalları açıqladı

“Turan Tovuz”un idman direktoru Səməd Nəsibov Rusiyanın bir sıra klublarının sabiq baş məşqçisi Qurban Berd;yevlə müqavilə imzaladıqlarını açıqlayıb.

Aut.az xəbər verir ki, müqavilə daha bir mövsüm uzadılma ehtimalı ilə iki illikdir. Nəsibov bu barədə “Sport24”-ün müxbiri Vladislav Şapiro ilə söhbətində deyib.

“Dünən axşam Qurban Berdıyev Bakıya gəldi və bu gün onunla müqavilə imzaladıq. Hər şey qaydasındadır, danışıqlar tez və yaxşı keçdi. Əvvəlcə bu mütəxəssislə daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı müqavilənin şərtlərini dəyişdik.

“Turan Toovuz” Qurban Bekieviçin işini izlədi və klubumuz başa düşdü ki, bu mütəxəssislə uzunmüddətli layihə qurmaq olar. Berdıyevin adı və təcrübəsi rol oynadığından, yekun müqavilə 2+1 sistemi ilə bağlanıb.

Biz böyük bir layihə qururuq və Qurban Bekieviçin qarşısına çoxlu məqsədlər qoyuruq. Birincisi, komandanın Azərbaycan çempionatında uğurlu çıxışı və Konfrans Liqasına vəsiqə qazanması. Məşqçi akademiyamızla işləməyə xüsusi diqqət yetirəcək. Berdıyev bizə yeni klub qurmağa və komandamızın gələcək uğurları üçün yaxşı zəmin yaratmağa kömək edəcək”, – Nəsibov deyib.

Berdıyevin son klubu mütəxəssisin bir ildən az işlədikdən sonra fevralda tərk etdiyi Mahaçqala “Dinamo”su olub.

Aut.az