Qaydasız döyüş

Həbib cəsur döyüşçülər fabriki idarə edir – Prezidentin heyrəti

UFC prezidenti Deyn Uayt Həbib Nurməhəmmədovun komandası haqqında fikirlərini bölüşüb.

Həbib 2020-ci ildə yüngül çəki çempionu kimi karyerasını bitirib və hazırda Dağıstanda məşqçi kimi çalışır.

Aut.az xəbər verir ki, Uayt “FOX Sports Australia”ya verdiyi müsahibədə bildirib:

“Həbib Nurməhəmmədov sözün əsl mənasında cəsur döyüşçülər fabriki idarə edir. Oradan pulemyot sürəti ilə istedadlar çıxır. Və bu cür döyüşçülər o qədər çoxdur ki, sadəcə onların hamısına döyüş verə bilməzsən”.

Həbib Nurməhəmmədovun tələbələri arasında İslam Mahaçev, Usman və Umar Nurməhəmmədov, Hacı Rabadanov, Amru Maqomedov və başqaları var.

Aut.az