İngiltərə

“Yunayted”in sabiq baş məşqçisi mesaj verdi: Cavabım “bəli”dir

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ule Qunnar Sulşer komandanın son nəticələrinin zəif olması fonunda yenidən “qırmızı şeytanlar”a rəhbərlik etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.

“Ailən sizdən bir şey istəsə, həftənin hər günü “hə” deyəcəksiniz. Mənim fikrimcə, başqalarının işi haqqında danışmaq düzgün deyil, amma mənim cavabım “bəli”dir”, – “Goal” Sulşerdən sitat gətirib.

Norveçli mütəxəssis 2019-cu ilin martından 2021-ci ilin noyabrına kimi “Mançester Yunayted”in baş məşqçisi vəzifəsində çalışıb.

Aut.az