İngiltərə

Qriliş niyə az oynayır? – Pep yeganə səbəbi açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Cek Qrilişin az oyun keçirməsi haqda danışıb.

“Mən çox təəssüflənirəm ki, o, yəqin ki, layiq olduğu oyun vaxtını ala bilmir. Ancaq bu mövsüm Doku və ya Savinyonun töhfəsi çox böyük oldu. Bu yeganə səbəbdir. Bu, Ceki sevməməyim və ya ona güvənməməyim demək deyil”, – Qvardiola deyib.

Cek Qriliş bu mövsüm 22 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az