İngiltərə Futbol Assosiasiyası Premyer Liqa klublarının heyətində ingilislərin sayının azalmasından narahatdır.
Aut.az “The Times” nəşrinə istinadla xəbər verir ki, Assosiasiya Liqaya əcnəbi axınının qarşısını almağı planlaşdırır. Belə durum “Brexit”in gözlənilməz nəticəsi hesab olunur.
Əvvəlki iki transfer pəncərəsində Premyer Liqa klubları hər hansı digər transfer pəncərəsində olduğundan iki dəfə çox əcnəbi transfer edib.
FA rəhbəri Mark Bullingem assosiasiyanın, ingilislərin sayını artırmaq üçün əcnəbilərin sayını məhdudlaşdıra biləcəyini söyləyib. O, keçən həftə Premyer Liqada meydana çıxan oyunçuların yalnız 28% -nin İngiltərəni təmsil etdiyini bildirib. Mövsüm boyu onların sayı təxminən 30% təşkil edir.
“Oyunçu axınını məhdudlaşdırmaq çox vacibdir. “Brexit”dən bəri, oyun vaxtı alan 21 yaşdan kiçik ingilis futbolçuların sayı təxminən iki dəfə azalıb. Bu tendensiya bizi narahat edir”, – Bullinqem bildirib.
Bullinqhemin fikrincə, mövcud vəziyyətdə mümkün həll yollarından biri ingilislərə oyun vaxtı zəmanəti müqabilində məhdud sayda əcnəbilər üçün viza qaydalarının yumşaldılmasıdır.
“Bu sistem klublara daha rahat tələblərlə daha az oyunçu ilə müqavilə imzalamağa imkan verəcək. Belə olan təqdirdə, onlar gənc istedadlı oyunçuları viza üçün lazımi balı toplamamış da heyətə cəlb edəcəklər. Onda həmin futbolçuları 30 yox, 3 milyon avroya alacaqlar”, – Bullıinqem vurğulayıb.
Aut.az