Erik ten Haq “Mançester Yunayted”i təhvil alarkən komandada nizam-intizamın hansı səviyyədə olduğu haqda danışıb.
Aut.az xəbər verir ki, o, İngiltərə mətbuatına verdiyi müsahibədə Kazemiro haqda da fikirlərini bildirib:
“Yalan danışmayacam, komandada nizam-intizam yox idi. Ən yaxşı oyunçular nizam-intizamı sevir və təkcə meydançada deyil, buna görə də riayət edilməli qaydalar var. Aydındır ki, heç bir qayda və ya nizam-intizam olmadıqda, “bardak” yaranır.
Bu, təkcə futbol klubunda deyil, istənilən sahədə belədir. Kazemiro liderdir, o, bizim üçün önəmlidir. Təkcə oyun və bacarıq baxımından deyil, həm də təşkilatçılıq, xarakter, mədəniyyət baxımından. Onu aldığımız üçün çox şadıq.
Biz xarakterli oyunçular axtarırdıq. Bir çox futbolçunun bacarığı var, məsələn, sürətli qaça bilir, amma biz xarakterli, liderlik keyfiyyətləri olan, məsuliyyətli, stabil oyunçulara baxırdıq.
Kazemiro məni təəccübləndirmədi. Onun necə böyük oyunçu olduğunu bilirdim. Sadəcə onun profilinə baxın, qazandığı kubokları görəcəksiniz. Rafa Varan kimi o da 5 dəfə Çempionlar Liqasının qalibi olub, bu, təsadüfi deyil.
Araşdırma aparıb qalib xarakterli, əməkdaşlığa hazır olan və soyunub-geyinmə otağında təvazökar davranan, amma meydanda məsuliyyəti öz üzərinə götürənləri tapmalıyıq2.
Aut.az