Türkiyə Super Liqasında XXVII turun oyunlarına yekun vurulub.
Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Samsunspor” azarkeşləri önündə “Rizespor”u məğlub edib.
Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” səfərdə “Konyaspor”a məğlub olub. Dadaşov bu görüşdə 71-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
“Fənərbağça” “Kasımpaşa”ya son dəqiqə qolu ilə qalib gəlib.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə “Trabzonspor”a məğlub olub. “Beşiktaş” isə səfərdə “İstanbulspor”a qalib gəlib.
Turun son oyununda isə “Qalatasaray” “Antalyaspor”u məğlub edib.
Türkiyə Super Liqası
XXVII tur
23 fevral
Samsunspor – Rizespor 3:0
Qollar: R.Van Dronqelen, 12, K.Holz, 54, O.Ntçam, 78 (pen.)
24 fevral
Kayserispor – Ankaragücü 3:2
Qollar: D.Nazon, 53, J.Jenvir, 62, C.Mane, 90+3 – K.Bassoqoq, 45, E.Bekiroğlu, 45+4
Qaziantep – Başakşəhər 0:2
Qollar: K.Pyontek, 60, M.Abed, 90+8
Fənərbağça – Kasımpaşa 2:1
Qollar: M.Hakan Yandaş, 64, M.Batşuayi, 90+6 – C.Poroso, 58
Konyaspor – Hatayspor 2:0
Qollar: U.Yazqılı, 52, O.Ulgun, 56
25 fevral
Sivasspor – Pendikspor 4:1
Qollar: Q.Menq, 26, C.Osmanpaşa, 59, R.Manaj, 69, F.Koita, 90+5 – G.Kaya, 16
Karagümrük – Alanyaspor 1:1
Qollar: V.Eysseric, 24 – Koka, 90+5 (pen.)
Trabzonspor – Adana Demirspor 1:0
Qol: Trezeqe, 54
İstanbulspor – Beşiktaş 0:2
Qollar: S.Kılıçsoy, 23, E.Muçi, 54
26 fevral
Qalatasaray – Antalyaspor 2:1
Qollar: K.Aktürkoğlu, 12(pen). 45+1 – Sander van de Streek 33.