Dünya futbolu

Əfsanəvi futbolçu millimizin rəqibinə baş məşqçi təyin olundu

İsveç Futbol Assosiasiyası əfsanəvi danimarkalı hücumçu Yon Dal Tomassonun milli komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, 47 yaşlı mütəxəssis martın 1-də vəzifəsinin icrasına başlayacaq. Tomasson tarixdə İsveç millisinin baş məşqçisi kimi fəaliyyət göstərən ilk əcnəbi olub.

İsveç yığmasının baş məşqçisi kimi Tomasson komandanı Avro-2024-ə çıxara bilmədikdən sonra 7 illik fəaliyyət dövrü keçən il başa çatan Yanne Anderssonu əvəzləyib.

Tomasson fevral ayında “Blekkbörn”ün baş məşqçi vəzifəsindən qovulub. O , 2022-ci ilin iyun ayından İngiltərə klubuna rəhbərlik edirdi.

Qeyd edək ki, UEFA Millətlər Liqasının C divizionun 1-ci qrupunda yer alan Azərbaycan millisinin rəqibləri arasında İsveç də var. Bu komandalar Avro-2024-ün seçmə mərhələsində də eyni qrupda mübarizə aparıb. Yığmamız skandinavlara səfərdə 5:0 hesabı ilə uduzsa da, Bakıda 3 cavabsız qolla qalib gəlib.