Türk mütəxəssis oyunçularına “odun” deyən rusiyalıya cavab verdi
Keniya millisinin baş məşqçisi Engin Fırat keniyalı futbolçulara odun deyən “Spartak”ın və “Zenit”in keçmiş futbolçusu, hazırda futbol eksperti kimi çalışan Vladimir Bıstrova cavab verib.
Aut.az xəbər verir ki, Bıstrov daha əvvəl demişdi: “Başa düşürsən ki, Keniya komandası sadəcə odundur? Sadəcə odun! Komandamız isə sadəcə meydançada gəzdi, bu oyun deyil, dəhşətdir!”
“Bu, ümumi problemdir: keçmiş oyunçular sanki dünyanın ən yaxşısı olublar kimi danışırlar. Keniyada da belədir! Onların çoxu heç nə qazanmayıb, amma ən yaxşı kimi danışırlar. Sözün əsl mənasında heç nəyə hörmət etmirlər. Mütəxəssis adlanan şəxs özünü bir az da peşəkar kimi aparsaydı, Keniya yığmasının son oyunlarının nəticələrinə baxa bilərdi.
Üstəlik, Bıstrov bunu komandası haqqında deyirsə, o, məsələn, statistikaya baxa bilər. Rusiya millisinin oyunçuları Rusiya çempionatındakı oyunlardan daha çox qaçıblar.
Onların hər biri bir kilometr artıq qaçdı. Niyə? Onlar həvəsli idilər, işləmək istəyirdilər. Ona görə də mən həmişə Karpinin tərəfindəyəm. Keçmiş oyunçuların nə danışıdıqları isə heç kimin vecinə deyil, onlar həmişə unudulacaqlarından qorxurlar. Buna görə də pis şeylər deyirlər ki, biz onların varlığını unutmayaq”, – “Sport Ekspress” türk mütəxəssisin sözlərini sitat gətirib.
Aut.az
