Türkiyə

Vüsal İsgəndərli oynadı?

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.

Aut.az xəbər verir ki, “Bodrumspor” səfərinə yollanan Bolu təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

Qarşılaşmaya start heyətində başlayan V.İsgəndərli 71-ci dəqiqədə yerini Hakan Bilgiçə verib.

Bu gün Azərbaycan millisinin digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Kocaelispor” isə “Çorum”la üz-üzə gələcək.

Qarşılaşma saat 21:00-da başlayacaq.