Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.
Aut.az ilin son iclasında qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
- 1. “Baku Sportinq” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
- 2. AFFA U-13 Liqasında iştirak edən “Baku Sportinq” komandasının heyətində yer alan doqquz nömrəli futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs mötərizədə qeyd edilən oyunlarda (I tur “Baku Sportinq” – “Zirə” PFK (2:1), II tur “Modern FC” – “Baku Sportinq” (1:5), III tur “Baku Sportinq” – “Fənər Bakı” (8:1), IV tur EFA – “Baku Sportinq” (2:4), V tur “Baku Sportinq” – ROFM (0:0), VI tur “Zəngəzur” FK – “Baku Sportinq” (2:1), VII tur “Baku Sportinq” – “Xəzər Baku” (5:0), VIII tur “Neftçi” PFK – “Baku Sportinq” (2:2), IX tur “Baku Sportinq” – “Xəzri Buzovna” (6:1)) iştirak etdiyinə görə “Baku Sportinq” komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 13 dekabr 2023-cü il tarixli qərarı qüvvədə qalsın.
- 3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
- 4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
- 1. İddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
- 2. “İddiaçı Tural Bayramlının cavabdeh “Səbail” Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
- 3. Cavabdeh “Səbail” Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) AZN məbləğində pul tutulsun.
- 4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
- 5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
- 6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
- 1. “Baku Sportinq” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
- 2. 10.12.2023-cü il tarixdə AFFA U-17 Qızlar liqası çərçivəsində keçirilən “Sumqayıt” – “Baku Sportinq” oyununun 41-ci dəqiqəsində “Bakı Sportinq” klubunun komandasının baş məşqçisi Aliyə Vəliyeva köməkçi hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılmasına görə onun 5 oyun cəzalanması (maddə 43.4) barədə İntizam Komitəsinin 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilsin.
- 3. Baş məşqçi Aliyə Vəliyevaya təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 4 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş 4 oyun cəzası şərti tətbiq edilsin.
- 4. Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 24 dekabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.
- 5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
- 6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
- 8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.