Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi ölkə çempionatının matçından sonra hakimi döydüyü üçün “Ankaragücü”nün sabiq prezidenti Faruk Koca haqqında qərar qəbul edib.
Aut.az xəbər verir ki, o, ömürlük futbol fəaliyyətindən uzaqlaşdırıb. Klubun digər rəhbər şəxsləri də xəbərdarlıq alıb və cərimə ediliblər.
Komitə həmçinin “Ankaragücü”nün 2 milyon türk lirəsi cərimə ödəməsi barədə qərar qəbul edib. Komanda növbəti beş ev oyununu azarkeşlər və klub rəsmiləri olmadan keçirəcək.
Qeyd edək ki,Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Təxirə salınan liqalar dekabrın 19-da bərpa ediləcək.