Lunyev virusa yoluxubmuş – Onu “Hakken”lə oyuna belə hazırlayıblar
“Qarabağ”ın qapıçısı Andrey Lunyevin agenti Anton Simirnov futbolçunun “Hakken”lə oyundan (2:1) əvvəlki durumu ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, Smirnov bu barədə Teleqram kanalında yazıb. O, oyundan əvvəl qapıçının virusa tutulduğunu bildirib:
“Andrey yəqin ki, məni söyəcək. Üzümə də olmasa, arxamca söyəcək. Amma bir məsələ haqda danışmaya bilmərəm. İki gün əvvəl Andrey xəstələnmişdi, halı pis idi, virusa tutulmuşdu və bütün bədəni ağrıyırdı.
Məşqi buraxmalı oldu. Ona iki gün sistem qoşdular və ayağa qaldırdılar”.
Xatırladaq ki, “Qarabağ” H qrupunda ikinci yeri tutaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Bu mövsüm Lunyev bütün turnirlərdə 13 matçda iştirak edib, 14 qol buraxıb.
Aut.az
