Məşhur onlayn idman nəşri “The Athletic” Avropanın və qalan dünyanın simvolik futbol komandalarını tərtib edib. Məcburi şərtlərdən biri də milli komandalara hər ölkədən birdən çox təmsilçinin daxil edilməməsi olub.
Aut.az xəbər verir ki, “Napoli”nin gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya dünya yığmasına daxil olub. “The Athletic”in müəllifləri bunu Gürcüstanın transkontinental ölkə olması və Avropa yığmasında hücumun sol cinahında Kilian Mbappenin yer alması ilə izah ediblər.
Avropa komandası
Qapıçı: Canluici Donnarumma (İtaliya, PSJ)
Müdafiəçilər: Joao Kanselo (Portuqaliya, “Bavariya”), Vircil van Deyk (Hollandiya, “Liverpul”), Coşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Oleksandr Zinçenko (Ukrayna, “Arsenal”).
Yarımmüdafiəçilər: Rodri (İspaniya, “Mançester Siti”), Camal Musiala (Almaniya, “Bavariya”), Kevin De Bruyne (Belçika, “Mançester Siti”).
Hücumçular: Bukayo Saka (İngiltərə, “Arsenal”), Erlinq Haaland (Norveç, “Mançester Siti”), Kilian Mbappe (Fransa, PSJ).
Dünya yığması
Qapıçı: Andre Onana (Kamerun, “İnter”)
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş, PSJ), Edmond Tapsoba (Burkina Faso, “Bayer” Leverkusen), Kim Min Cea (Cənubi Koreya, “Napoli”), Alfonso Deyvis (Kanada, “Bayern” Münhen)
Yarımmüdafiəçilər: Kazemiro (Braziliya, “Mançester Yunayted”), Federiko Valverde (Uruqvay, “Real”, Moises Kaysedo (Ekvador, “Brayton”).
Hücumçular: Xviça Kvaratsxeliya (Gürcüstan, “Napoli”), Lionel Messi (Argentina, PSJ), Viktor Osimhen (Nigeriya, “Napoli”)
Aut.az