İtaliya

“Yuventus” Ronaldonun borcunu ödəmək istəmir

“Yuventus” Kriştiano Ronaldonun maaşını ödəməyə məcbur edən məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

Aut.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.

“Qoca Sinyora”nın rəhbərliyi hökm ilə razılaşmır. Apellyasiya müraciətin dəqiq vaxtı məlum deyil.

“Yuventus” koronavirus pandemiyası zamanı Ronaldo və bir neçə digər futbolçusu onlara daha sonra ödəniş etməklə bağlı müqavilə bağlayıb. Ancaq buna əməl edilməyib. Komanda rəhbərliyinin portuqaliyalı superulduza 9,8 milyon avro borcu qalıb.

Əlavə edək ki, Kriştianu Ronaldo 2018-2021-ci illərdə Turin klubunda çıxış edib. Forvard italyanların heyətində 98 oyun keçirib və 81 qola imza atıb.

Aut.az