“Borussiya” PSJ-ni məğlub etdi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Aut.az xəbər verir ki, 1/4 finalda “Barselona”nı mübarizədən kənarlaşdıran PSJ Almaniyada Dortmun “Borussiya”sının qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Komandalar arasındakı cavab görüşü mayın 7-də olacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
1 may
Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:0
Qol: N.Füllkruq, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)
