ÇL-in finalında bu iki komanda qarşılaşacaq – Koulun proqnozu
“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Co Koul UEFA Çempionlar Liqasının final oyunu üçün proqnozunu verib.
Yarımfinalda “Bayern” PSJ, “Arsenal” isə “Atletiko Madrid”lə qarşılaşacaq.
Aut.az xəbər verir ki, “Goal” ingilis futbolçunun sözlərini sitat gətirib:
“İnanıram ki, “Bayern” və “Arsenal” turnirin final matçında qarşılaşacaqlar. “Topçular”ın uşaqlıqda ayrıldığı Harri Keyn finalda onlarla qarşılaşmaq üçün geri qayıdır”.
Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyunu mayın 30-da Budapeştdəki stadionda keçiriləcək. Nüfuzlu kubokun hazırkı sahibi PSJ-dir.
Aut.az
