“Barselona”nın sabiq yarımmüdafiəçisi Emmanuel Petit “mavi qranat”ın baş məşqçisi Xavi haqda danışıb .
Aut.az xəbər verir ki, fransalı keçmiş futbolçu gənc mütəxəssis barədə bu sözləri deyib:
“Xavibub mövsümün sonunda “Barselona”dan ayrılacağına əminsinizmi? Bəli, o, bu klubu tanıyır. O, bu klubun doğmasıdır. Futbolçu kimi böyük uğurlar qazanınb və hər bir “Barsa” azarkeşi onu klub üçün etdiklərinə görə həmişə sevəcək. İndi bir məşqçi kimi, xüsusilə ehtiyat oyunçular skamyasında nə qədər çətin olduğunu bilir.
“Barselona”nın meydanda və meydandan kənarda çoxlu problemləri var. Bu klub siyasidir. “Barselona”da rahatlıq tapmaq çox çətindir. Çempionlar Liqasını, La Liqanı qazana bilərsən, amma növbəti 6 ayda hər şey dəyişə bilər. Burada hava çox tez dəyişə bilər.
Xavi son aylarda çox şeylərdən – hakimlərdən, puldan, bəzi futbolçuların uyğun gəlmədiyindən, 100% güclərini verməməsindən sızlayır, şikayətlənir. O, həmişə yaşadıqları çətin mövsüm üçün müxtəlif səbəblər tapmağa çalışır”.
Xatırladaq ki, Xavi “Barselona”dan ayrılacağını açıqlayıb.