Amerika Milli Kollec Atletik Assosiasiyasının (NCAA) bayrağı altında keçirilən “Texas A&M” və “İnkarnate Uord” universitet basketbol komandaları arasında keçirilən oyun kütləvi dava ilə başa çatıb.
Aut.az xəbər verir ki, San Antonioda baş tutan oyundan sonra basketbolçular əl-ələ verərkən qəfildən meydançada dava düşüb. Məşqçilər, digər oyunçular və komanda heyəti oyunçuları ayırmağa çalışıb. Münaqişənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qarşılaşmanın şərhçiləri əlbəyaxa dava nəticəsində bir azarkeşin xəsarət aldığını, komandalardan birinin əməkdaşının isə üzündə qan olduğunu bildiriblər.
“”Incarnate Ward” və “Texas A&M” axşamkı oyundan sonra kişi basketbol komandalarımızın göstərdiyi davranışa görə üzr istəyiblər. Hazırda bu məsələ konfrans rəhbərliyi və hər iki klub tərəfindən kollektiv şəkildə nəzərdən keçirilir”, – deyə üç tərəfin yayımladığı birgə bəyanatda bildirilib.
Qeyd edək ki, A&M komandasının əlavə vaxtda 76:72 hesabı ilə qalib gəlib.