Azərbaycan Premyer Liqasının 33-cü turunda “Zirə” səfərdə “Şamaxı”nı 3 cavabsız qolla üstələyib.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “qartallar”ın aparıcı futbolçularından biri Hamidu Keyta komandasının bu qələbəsinə qolla tövhə verib.
Oyundan sonra isə o, Aut.az-ın əməkdaşının suallarını cavablandırıb:
– Əvvəlcə oyun haqqında fikirlərini öyrənək…
– Yaxşı oyun oldu. Yaxşı komandaya qarşı mübarizə apardıq. Xüsusilə müdafiə baxımından yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Amma bu oyunda qol vurmağın yolların tapdıq. Ümumi götürsək, qalib gəlməyə layiq tərəf idik.
– Son oyunlardakı qeyri-sabitliyi nə ilə izah edə bilərsən?
– Bəli, builki problemlərimizdən biri də komandamızın qeyri-stabil çıxış etməsidir. Ümidvaram ki, bu problemi növbəti mövsümdə aradan qaldıracağıq. Kefiyyətli futbolçularımız var. İlk üçlükdə yer almağa layiqik.
– Avrokubok şansınız azalıb.
– Bu, futbolun bir hissəsidir. Ötən mövsmü Konfrans Liqasında vəsiqə qazanmışdıq. Amma bu il tamam əksi oldu. Bilmirəm, biz bu turnirə yenidən vəsiqə qazancağıq, ya yox. Amma sona qədər mübarizə aparacağıq.
– Bu vəsiqəni qazana bilməsə, mövsümü “Zirə” üçün uğursuz hesab etmək olar?
– Düşünürəm ki, bəli. Biz Konfrans Liqasında oynamağa layiq idik. Bunu bacarmırıqsa, uğursuzluq hesab edilə bilər. Amma növbəti mövsümdə çalışacağıq ki, bu səhvi təkrarlamayaq.
– “Zirə”dəki gələcəyini necə görürsən?
– Bu barədə heç nə deyə bilmərəm. Qarşıda oyunlar var. Həmin matçlara köklənmişəm. Bunu artıq zaman göstərəcək. Hələ gələcəyə fokslanmamışam.
Aut.az