Görün çempionluq münasibətilə komanda yoldaşlarına nə hədiyyə etdi – FOTO
“Bayer”in futbolçusu Ceremi Frimponq komanda yoldaşlarına yaddaqalan hədiyyələr edib.
Leverkuzen klubu mövsüm ərzində 90 xal toplayaraq, tarixdə ilk dəfə Almaniya çempionu olub.
Aut.az xəbər verir ki, bu nailiyyətin şərəfinə müdafiəçi Ceremi Frimponq tərəfdaşları üçün xüsusi üzüklər sifariş edib.
Onlar klubun 120 illik yubileyini simvolizə edən120 ağ brilyantla bəzədilib.
Hər üzükdəki “Bayer” emblemi 42 qiymətli daşla əhatə olunub.
Aut.az

