Almaniya

Noyeri o əvəzləyəcək  

Münhenqaladbax “Borussiya”sının qapıçısı Yann Zommer “Bavariya”ya keçməyə yaxındır.

Aut.az  xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb. Qeyd olunur ki, tərəflər 2025-ci ilə qədər müqavilə imzalayacaqlar.

“Bavariya”nın əsas qapıçısı Manuel Noyer ayağını sındırdığı üçün Münhen nəhəngi təcili olaraq ona əvəzedici axtarır.

Noyerin nə vaxt meydana qayıdacağı isə bəlli deyil.