“Barselona” Ter Ştegenə belə tələ qurub: 3,5 milyon əldən çıxıb
“Barselona”nın qapıçısı və kapitanı Mark-Andre ter Ştegen Kataloniya klubuna qəzəblidir.
Aut.az xəbər verir ki, qapıçı hesab edir ki, “blauqrana” onu ötən mövsümün sonunda onu bilərəkdən start heyətindən kənarlaşdırıb ki, müəyyən sayda matçda iştirak edə bilməsin. Buna görə də, qapıçı 3,5 milyon avro mükafat ala bilməyib.
Bu barədə “Mundo Deportivo” məlumat yayıb. Mənbənin sözlərinə görə, məyus olan alman futbolçu daha sonra qapıçı Joan Qarsiyanın qeydiyyatdan keçməsinə mane olmağa üstünlük verib. Ter Stegen “Barselona”nın onun zədəsi ilə bağlı La Liqa Tibb Komitəsinə hesabat göndərməsi üçün tibbi hesabatı imzalamaqdan imtina edib.
Aut.az
