Çempionlar LiqasıDünya futbolu

ÇL-in oyunundan sonra qapıçı xəstəxanaya yerləşdirildi

Ukrayna təmsilçisi “Dinamo Kiev” ilə Çempionlar Liqasının təsnifat mərhələsində keçirilən oyundan sonra Kiprin “Pafos” klubunun qapıçısı Mixail Neofitos xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, bu barədə “24sports” məlumat yayıb.

Matçın 78-ci dəqiqəsində Neofitos “Dinamo”nun futbolçusu Taras Mixavko ilə mübarizə zamanı üz nahiyəsindən zərbə alıb. Oyunu başa vura bilsə də, final fitindən dərhal sonra xəstəxanaya aparılıb.

Həkimlər qapıçının göz nahiyəsində ciddi kəsik aşkar edib və ona tikiş qoyublar. Gözlənilir ki, Neofitos cavab oyununda iştirak edə biləcək.

Qeyd edək ki, görüş Kipr klubunun 1 qollu qələbəsi ilə başa çatıb. “Dinamo” ilə “Pafos” arasında cavab görüşü avqustun 12-də keçiriləcək.

Aut.az