Dünya futbolu

Ukraynada qalmaqal: Usik Şevçenkoya müraciət etdi

Ukrayna futbolunda qalmaqal yaşanır. “Poliesye” klubunun prezidenti Gennadi Butkeviç və klubun birinci vitse-prezidenti Aleksandr Usik Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Şevçenko və Hakimlər Komitəsinin rəhbəri Katerina Monzul ilə “Polesye”  – “Dinamo” matçındakı hakimin oyunu ilə bağlı əlaqə saxlayıblar .

Aut.az xəbər verir ki, Ukrayna çempionatının 19-cu turunun “Polesye” (Jitomir) və ” Dinamo” (Kiyev) komandaları arasında keçirilən oyunda VAR hakimi Denis Şurmanın etdiyi kobud və nəticəyə təsir edən səhvləri aranı qatıb.

Bununla bağlı klub rəhbərliyi gederasiyaya müraciət edib:

“21-ci dəqiqədə “Polesye”nin qolu əsassız olaraq hesaba alınmayıb.

45+3-cü dəqiqədə “Dinamo Kiyev”in oyunçusu Kristian Bilovara ciddi qayda pozuntusuna görə açıq-aşkar intizam cəzası verilməyib.

UAF-ın rəsmi izahatlarına görə, yuxarıda göstərilən qərarlar baş arbitraj mütəxəssisi Nikola Rizzoli tərəfindən səhv kimi qəbul edilib.

Bu qərarlar matçın nəticəsinə birbaşa və həlledici təsir göstərən kobud səhvlərdir.

Yuxarıda qeyd olunanları və baş arbitraj ekspertinin verdiyi peşəkar qiymətləndirməni nəzərə alaraq, Denis Şurmanın hakimlik fəaliyyətindən birdəfəlik kənarlaşdırılmasını xahiş edirik”.

Xatırladaq ki, 22 martda məşhur ukraynalı boksçu Aleksandr Usikin “Polesye”nin Birinci vitse-prezidenti təyin edilməsi açıqlanıb.

Bildirilirdi ki, Usik diqqətini strateji inkişaf sahələrinə yönəldəcək, bunlardan biri də Ukrayna futbolunda hakimlik islahatları olacaq. Usik, digər məsələlərlə yanaşı, “Polesiya”nı Çempionlar Liqasına çıxaracağına söz verib.

“Poliesiye” hazırda Ukrayna çempionatının turnir cədvəlində üçüncü yerdədir və “Dinamo Kiyev”dən bir xal qabaqdadır. Jitomir komandasının 42 xalı var – yalnız “Şaxtyor” (47) və LNZ (47) daha çox xal toplayıb.

“Polesye” – “Dinamo” matçı 8 martda keçirilib və Kiyev komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az