Dünya futbolu

Mbappe getdi, pul var: PSJ 3 nəhəng transfer hədəfləyib

Mətbuatda yayılan xəbərlərə görə, PSJ Kilian Mbappenin “Real”a getməsindən sonra maaş büdcəsində boş qalan puldan istifadə edərək, mövsüm başlamazdan əvvəl üç vacib transferi tamamlamaq istəyir.

Aut.az xəbər verir ki, klub “Napoli”nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya, “Renn”in cinah yarımmüdafiəçisi Desire Duhet və “Napoli”nin hücumçusu Viktor Osimhanı transfer etmək istəyir.

Eyni zamanda, parislilər yarımmüdafiəçilər Manuel Uqarte və Xavi Simonsla ayrılmağa hazırdırlar. “Mançester Yunayted” birinciyə, “Bavariya” isə ikinciyə maraq göstərir.

PSJ-nin transfer pəncərəsi bitənə qədər ən fəal klublardan biri olacağı bildirilir.

Aut.az