Çempionlar LiqasıAzərbaycan futbolu

“Qarabağ”dan unikal nəticə: ÇL-də bunu bacaran iki klubdan biridir

“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində qapısından qol buraxmayan 2 komandadan biridir.

Aut.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Ağdam təmsilçisi dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” (Makedoniya) ilə səfər matçında qələbə qazanıb – 1:0.

Bundan başqa, “köhlən atlar” II təsnifat mərhələsində “Şelburn”u (Şimali İrlandiya) hər iki görüşdə məğlubiyyətə uğradıb – (3:0, 1:0).

Qapısını toxunulmaz saxlayan digər klub isə Danimarka təmsilçisi “Kopenhagen”dir.

Qeyd edək ki, təsnifat mərhələlərində iştirakçı komandaların ümumi sayı 44-dür. Onlardan 42-i öz qapısından qol buraxıb. Ən çox top buraxan (9 dəfə) İslandiyanın “Breydablik” komandasıdır.