İspaniya

“Barselona” bəyanat yaydı: Rədd edirik

“Barselona” Dani Olmo ilə bağlı yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.

“Biz İspaniya Futbol Federasiyasına oyunçular Dani Olmo və Pau Viktor üçün yeni lisenziya üçün müraciət etmişik.

Klubumuz bu məsələ ilə bağlı rəhbər orqanlardan möhlət tələb etdiyini və ya aldığını rədd edir”, – deyə məlumatda bildirilir.

Daha əvvəl məlum olmuşdu ki, məhkəmə Olmonun mövsümün ikinci hissəsi üçün La Liqada müqaviləsinin qeydə alınması ilə bağlı klubun tələbini rədd edib. Müqavilənin qeydiyyatı üçün son tarix 31 dekabr idi.

Olmonun agenti bildirib ki, idmançı “Barselona”dan başqa digər klublardan gələn təklifləri nəzərə almır.

Aut.az