Xavi “Atletiko”da
“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Aut.az xəbər verir ki, Madrid təmsilçisi “Selta”dan Xavi Qalanla razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
“Atletiko” Xavi üçün 4/5 milyon avro ödəyəcək və futbolçusu Manu Sançesi “Selta”ya verəcək.
