İngiltərə

“Liverpul” Mbappeyə görə hərəkətə keçdi: Fantastik təklif

“Livepul” yay transfer pəncərəsinin ən səs-küylü transfer həmləsini etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, “qırmızılar” PSJ-dən ayrılması gündəmə gələn Kilian Mbappeni heyətinə qatmağa hazırlaşır. Bu barədə İngiltərənin bir sıra nəşrləri və “Marca” məlumat yayıb.

İddia olunur ki, Mersesayd təmsilçisi bunun üçün qarşı tərəfə nə az, nə çox 290 milyon avro ödəməyə hazırdır.  Paris təmsilçisini bu təklifə hansı cavabı verəcəyi maraq doğurur.

“Liverpul”un bu transferdəki tək rəqibi “Real”dır. Madrid təmsilçisinin fransalı forvarda görə PSJ-yə 250 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Kilian Fransa çempionunun yeni müqavilə təklifini qəbul etməyib. Buna görə də klub sahibləri ilə münasibətləri pozulub. Buna görə də onun satılma ehtimalı yaranıb.