“Siti”nin əsas transfer hədəfi bəlli oldu
“Mançester Siti” yaxın həftələrdə Teyani Reynders üçün təklif göndərməyə hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Bildirilir ki, niderlandlı yarımmüdafiəçi bütün diqqətini “Milan”ın son oyunlarına yönəldib və “Mançester Siti” də buna hörmətlə yanaşır.
Ancaq qeyd olunur ki, “şəhərlilər”in əsas yay transfer hədəfi məhz Reyndersdir.
Daha əvvəl “Real”ın da Reynderslə maraqlandığı haqda xəbərlər yayılmışdı.
A Seriyasının cari mövsümündə futbolçu 35 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
