İspaniya

“Real” daha bir türk futbolçu alır

“Real” növbəti mövsüm üçün ehtiyat qapıçı axtarışına başlayıb.

Aut.az xəbər verir ki, Madrid təmsilçisi Türkiyənin “Trabzonspor” klubunun 17 yaşlı qapıçısı Onuralp Çevikkanı almaqda maraqlıdır.

“Real” bu qış gənc qapıçı almağı hədəfləyir. Bildirilir ki, “kral klubu” ukraynalı qapıçı Andrey Luninlə müqaviləni uzatmağı planlaşdırır , lakin problem yarana, ukraynalı klubdan ayrılmaq barədə qərar verə bilər.

Daha əvvəl Bundesliqanın aparıcı klublarının Luninə maraq göstərdiyi barədə məlumatlar yayılmışdı.

Aut.az