İspaniya

Ardanın fantastik zərbəsi dirəkdən qayıtdı, Ançelotti “bəy tərifi” etdi – VİDEO

“Real”ın yarımmüdafiəçisi Arda Gülər ​​La Liqa çərçivəsində keçirilən “Osasuna” ilə matçda (4:2) gözəl qola imza atmağa yaxın olub.

Aut.az xəbər verir ki, əvəzetmədən meydana çıxan türk yarımmüdafiəçi 94-cü dəqiqədə mərkəz xəttinin yanındna qapıya zərbə endirsə də, top dirəyə dəyib. Çaşqın vəziyyətdə olan komanda yoldaşı Federiko Valverde epizodun davamınında topu tora göndərə bilməyib.

Madrid klubunun baş məşqçisi Karlo Ançelotti oyundan sonra Ardanın zərbəsini dəyərləndirib:

“Biz bunu irəliyə doğru məqsəd hesab edirik. Onun qol olub-olmasının fərqi yoxdur. Biz həmin epizou onun qol hesab edirik. Çox az oyunçu belə sehrli bir zərbə vurmağa cəsarət edərdi. Onun cəmi 19 yaşı var. Ardanın yaşında özünə güvənən az sayda futbolçu görmüşəm”.

Qeyd edək ki, Arda Gülər “Real” forması ilə meydana çıxdığı 5 La Liqa oyununda 1 qol vurub.