İyulun 20-də Cek Pol dünyanın ən böyük boks əfsanələrindən biri ilə rinqə çıxacaq. Mayk Taysonun 57 yaşı olmasına baxmayaraq, o, hələ də məşqlərdə inanılmaz gücünü nümayiş etdirir.
Aut.az xəbər verir ki, Cekin sevgiulisi Yutta Lerdam Taysonun videosuna baxanda şoka düşüb və sevdiyi adamın sağlamlığından narahat olmağa başlayıb.
“Bəs o səni nokaut edərsə? Baş verə biləcək hər şeyə hazır olmaq istəyirəm. Ola bilsin ki, çox yaxşı nəticə olmasın”, – niderlandlı konkisürən sevgilisinə deyib.
“Bu baş verməyəcək. Əgər baş verərsə, başqa tərəfə baxın”, Cek cavab verib.
“Bəli, göz yaşı tökəcəm. Bu baş versə, özümü pis hiss edərəm. Ümid edirəm ki, sağlam qalacaq, nokauta düşməsini istəmirəm, o mənim gələcək ərimdir. Bəlkə də danışmayaq bu barədə”, – İnstaqramda 4,3 milyondan çox insanın izlədiyi 25 yaşlı idmançı bildirib.
Altı qat dünya çempionu qarşıdakı döyüşdən ehtiyatlansa da, sevgilisinin qalib gələcəyinə inanır.
“Düşünürəm ki, o, qalib gələcək. Amma o, döyüşəcəyiniz ən qorxulu və ən güclü döyüşçüdür. Yaşlı olmasına baxmayaraq, bədəni o böyük gücü hələ də xatırlayır. O, uzun müddət ən yüksək səviyyədə məşq edib və asan olmayacaq”, – Lerdam əlavə edib.
Aut.az