İngiltərə

Əfsanə əmindir: Ona heykəl qoyacaqlar

“Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı Stiven Cerrard mövsümün sonunda komandadan ayrılacaq Yurgen Klopp haqda danışıb.

Aut.az xəbər verir ki, Cerrardın sözlərini “Daily Mail” sitat gətirib.

“Avstraliyada turnedə olanda öz-özümə düşündüyümü xatırlayıram: “Bir il bu oğlanı (Klopp) təmsil edə bilsəm, istənilən məbləğdə pul ödəyərdim və hər kəs üçün hər şeyi edərdim”. Niyə belə düşünürdüm? Bu, yoldaşlıq oyunu idi, amma mən kubokun finalındaymış kimi bu oyuna daxil oldum.

Ümid edirəm ki, onun üçün heykəl ucaldacaqlar, ümid edirəm ki, heykəl, demək olar ki, hazırdır. Çünki Kloppun klubda bu statusa layiq olduğunu düşünürəm. “Liverpul”a nəhəng kuboklar gətirən bütün məşqçiləri qeyd etsəniz, o, ən yaxşılar sırasındadır”, – Cerrard bildirib.

Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir və onun məşqçilik karyerası 2001-ci ildə “Maynts”da başlayıb.

Aut.az