Sonuncu dəfə nə vaxt spirtli içki qəbul edib?
Məşhur MMA döyüşçüsü Aleksandr Yemelyanenko sonuncu dəfə nə vaxt spirtli içki qəbul etdiya haqda danışıb.
Aut.az xəbər verir ki, Yemelyanenko bu barədə SE-yə verdiyi müsahibədə deyib.
“Reabilitasiyadan əvvəl. Tam kursu bitirdim, 7 ay, sonra daha bir neçə ay. Belə çıxır ki, təxminən bir il.
İkrah hissi yarandı? Tam ikrah deyil. Bunun məni narahat etdiyini başa düşdüm. Bu lazımsızdır, mənə lazım deyil. Bu, məni çox güclü şəkildə yanlış istiqamətə çəkir. Alkoqolsuz da keçinə bilərəm.
Əvvəl də bunu edə bilərdim. Amma həyat belə idi. Hamı içir, ancaq Yemelyanenkonun içdiyini görürlər. Ən asan yol barmağını kiməsə göstərməkdir”, – Aleksandr deyib.
Aut.az
