Digər

Müharibədə daha 3 idmançı həlak odu

Üç ukraynalı idmançı Rusiya ilə müharibədə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Aut.az xəbər verir ki, bu barədə Ukrayna Milli Olimpiya Komitəsinin səhifəsində məlumat verilib.

Yanvarın 8-də könüllü olaraq 2023-cü ilin yanvarında Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulan reqbiçi Sergey Polisçuk həlak olub. O, “Rivne” reqbi klubunda oynayıb.

“Podolye” həvəskar klubunun prezidenti Mixaylo Koval yanvarın 12-də Donetsk vilayətində pilotsuz təyyarənin avtomobilə endirdiyi zərbə nəticəsində dünyasını dəyişib.

Futbolçu Nikita Kalin ötən il Ukrayna Silahlı Qüvvələrinə qoşulub və batalyonun hücum dəstəsində xidmət edib. O, fevralın 6-da Xarkov vilayətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Kalın “İmpuls”, “Avalon” və “Best” futzal komandalarında da çıxış edib.

Aut.az