Həftənin sonuna qədər klubu ilə müqaviləsini uzatmağa razı olmasa, ” Bavariya” müdafiəçi Alfonso Deyvisi transferə çıxaracaq.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist və insayder Florian Plettenberg məlumat verib.
Mənbəyə görə, “Bavaraiya” Deyvisə illik 14 milyon avro maaşla 2029-cu ilə qədər müqavilə təklif edir. Futbolçu isə ən azı 20 milyon avro istəyir.
Alfonso Münhen komandasının təklifini qəbul etməsə, o, transferə çıxarılacaq. Xatırladaq ki, “Real” kanadalı futbolçunun xidmətində maraqlıdır, lakin “kral klubu” ona görə 50 milyon avro ödəməyə hazır deyil.
“Bavariya” müdafiəçini bu məbləğdə qiymətləndirir.
Bu mövsüm Devis bütün yarışlarda 31 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.
Aut.az