“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo cəzalandırıla bilər.
Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun “Əl-Şəbab”la matçından sonra rəqib azarkeşlərə nalayiq jest edən portuqaliyalı futbolçu ilə bağlı araşdırmaya başlayıb. Bu barədə yerli “Asharq al-Awsat” qəzeti məlumat yayıb.
Bu, Səudiyyə Ərəbistanında Ronaldo ilə bağlı ilk belə hadisə deyil. Daha əvvəl o, 2 dəfə “Əl-Hilal” azarkeşlərinə qarşı nalayiq hərəkət edib. Əvvəlcə apreldə 0:2 hesabı ilə uduzduqları oyundan sonra meydanı tərk edərkən azarkeşlərə qarşı qeyri-etik jestlə yadda qalıb. Son dəfə isə bu ayın əvvəlində Kristiano tribunadan ona atılan “Əl-Hilal” şərfini şortunun içinə salıb və sonra tribunaya geri atıb. Bu, “Əl-Nəsr”in “Əl-Hilal”la yoldaşlıq görüşündəki məğlubiyyətindən (0:2) sonra baş verib. O, hər iki halda cəzasız qalıb.
Bütün bu hadisələrdən sonra SAFF ulduz futbolçunun nalayiq hərəkətlərinə son qoymaq üçün onu cəzalandırmaq qərarına gəlib.